.jpg)

VÜsal Kərİmlİ
SUP.VC, İcraçı Direktor
19-21 fevral 2021-ci il tarixlərində “Regional İnkişaf” İctimai Birliyi , Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən birgə həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi Naminə: Gender Stereotiplərinə və Gender Əsaslı Zorakılığa Qarşı" proqramı çərçivəsində ölkəmizdə ilk dəfə “Gender bərabərliyi” hakatonu keçiriləcəkdir.
Təlimlər 22 yanvar 2021 tarixindən 4 həftə boyunca çərşənbə və şənbə günləri təşkil olunacaq.
Hakaton 19-21 fevral 2021 tarixlərində 48 saat ərzində davam edəcək.
Tədbirə qoşul→Hakatona hazırlıq üçün planlaşdırılan təlim 4 həftə boyunca təşkil olunacaq
Təlimçilər innovasiya və texnologiya sektorundan olan startap təsisçiləri olacaq
Hakaton iştirakçıları bu sahədəki problemləri həll etmək üçün 48 saat ərzində innovativ həll yolları tapmağa çalışacaqlar. 3-5 nəfərdən ibarət komandalar bu müddət ərzində gender bərabərliyi və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Komandalar aşağıdakı sahələr üzrə innovativ həllər üzərində çalışacaqlar:
► Qadınlara qarşı zorakılıq;
► Oğlan uşaqlarına verilən üstünlük və qız övladlarının dəyərsizləşdirilməsinin qarşısının alınması
► Məsuliyyətli atalığın təşviqi;
► Karyera seçimində cinsi stereotiplərlə mübarizə;
► Ev işlərində gender bərabərliyi.
Tədbirə qoşul→• Tədbir online yoxsa offline olacaq və hansı platforma üzərindən təşkil olunacaq?
► Bütün infossesiyalar, təlimlər və hakatonun özü online formatda müxtəlif platformalar (ZOOM, Discord, FaceBook) üzərindən təşkil olunacaq. Platformların idarə olunması, vaxtlar və hansı tədbirin harada olacağı barədə öncədən tədbirin facebook səhifəsində məlumat paylaşılacaq.
• Komanda üzvləri kimlər olmalıdır?
► Komandalar müxtəlif sahələr üzrə (dizayn, informasiya texnologiyaları, biznesin idarə olunması və s.) bilik və bacarıqlara sahib 3-5 nəfərdən təşkil olunmalıdır.
• Hakatonda iştirak üçün texnoloji biliklərin olması mütləqdirmi?
► Bəli, hakatonda iştirak edən komandanın üzvlərindən ən azı birinin texnoloji bilikləri olmalıdır. Hakatonun keçirilməsində məqsəd gender bərabərliyinin təmin olunmasına yönəlik texnoloji həllərin yaradılmasını dəstəkləməkdir.
• Hər komanda üzvü qeydiyyatdan ayrı-ayrılıqda keçməlidir?
► İlkin mərhələdə komandanın hər bir üzvü ayrı-ayrılıqda qeydiyyatdan keçməlidir. Komandası olmayan şəxslər də individual şəkildə qeydiyyatdan keçə bilər. Seçim mərhələsindən keçmiş, lakin komandasız müraciət etmiş şəxslər də təlimlərə cəlb olunacaq. Təlimlərdən sonra həmin şəxslər üçün komandalar formalaşdırılacaq və yaxud müxtəlif komandalara əlavə olunacaqlar.
• Hakatonun proqramı hansı müddəti əhatə edir?
► Hakatonun proqramı qeydiyyat, hazırlıq mərhələsi və yekun tədbirdən ibarət olmaqla 3 mərhələdən ibarətdir. Ümumi proqramın icrası 3 ay müddətinə (dekabr 2020 – fevral 2021) nəzərdə tutulmuşdur. Hakaton bitdikdən sonra qalib ideyaların reallaşdırılmasına dəstək göstəriləcəkdir.
• Mükafatlandırma necə olacaq?
► Münsiflər heyətinin qiymətləndirilməsi əsasında seçilmiş birinci yerin qalibi 5000 manat, ikinci yerin qalibi 3000 manat, üçüncü yerin qalibi isə 1000 manat məbləğində mükafat qazanacaq. Bundan başqa qalib kimi seçilməyən, lakin maraqlı olan ideya ilə çıxış edən komandalar da müxtəlif hədiyyələrlə təltif olunacaq.
• Təlim müddətində nə tədris ediləcək?
► İştirakçılar ilkin olaraq gender bərabərliyi üzrə təlimlərə qoşulacaqlar. Təlim iştirakçıları gender problemlərinin aradan qaldırılmasına yönəlik texnoloji həllərin yaradılması üçün tələb olunan müvafiq texniki biliklərə yiyələnəcəklər. Bundan əlavə, iştirakçılara startap sahibkarlığı və yeni məhsulun yaradılması üzrə təlimlər keçiriləcək. Təlimlər real təcrübələrə əsaslanmaqla müvəffəqiyyətli sahibkarlar tərəfindən aparılacaq.
Müxtəlif sahələrdə gender bərabərsizliyi ilə qarşılaşan, həmçinin bu problemin həllindəki boşluğu görən innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli motivasiyalı gənclər, tələbələr, biznes qurucuları, texnologiya həvəskarları, proqramçılar, tədqiqatçılar, təşəbbüskarlar, və sənaye mütəxəssisləri hakatonda iştiraka dəvətlidirl
QEYDİYYAT